əlindən gəlsə, məni bir qaşıq suda boğar

if he could, he would have drowned me in a spoon of water / he hates me like poison он (она) ненавидит меня всеми фибрами души
əlindən gəlmək
əlindən hər iş gələn adam
OBASTAN VİKİ
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Suda adası
Suda adası (yun. Σούδα)- Krit adasının şimal-qərbində Suda buxtasının sahilində yerləşən Yunanıstana məxsusdur. Mühüm strateji mövqeyə məxsus olan bu ada Suda buxtası sahillərində yerləşir. XVI əsrdə venesiyalılar burada adada qala inşa etmişdilər. 1669-cu ildə Krit adası Osmanlı İmperiyası tərəfindən işğal edildikdən sonra, 1715-ci ilə kimi 46 il ərzində ada venesiyalılar adada hökmranlıq etmişdirlər. Bu üç qala Venesiyanın mühüm ticarət yollarını qoruyurdu.Həmçinin türklərlə yeni bir müharibə üçün strateji əsaslar kimi xidmət edirdi. Hal-hazırda Suda körfəzinin suları mövcud NATO bazasıdır. Bu adaya turistlərin daxil olması belə qadağan edilmişdir. XVI əsrin Venesiya qalasının qalıqları adada saxlanılır.
Qazan (Qab-qaşıq)
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qaşıq seks pozası
Qaşıq seks pozası adətən bir partnyorun kürəyini digər partnyorua çevirərək fetal vəziyyətdə cinsi əlaqəni nəzərdə tutan seks pozalarından biridir. Adını qaba müvafiq gələn yan-yana yerləşdirilmiş iki ədəd qaşıqdan almışdır. Qaşıq pozası "dört əsas" seks pozasından biri hesab olunur.
Eşit məni
Eşit məni (türk. Duy Beni) — Rejissoru Ali Balcı, ssenari müəllifi Makbule Kosif, Zafer Özer Çetinel, Gülsev Karagöz, Okan Başar Bahar, Arzu Bıçakçı, Burcu Tatlıses, Feraye Gizem Kurt, Görkem Tüzün, İlayda Çelik Tez, Caner Güler, Meriç Demiray və Cüneyt Bolak tərəfindən yazılmış türk draması, romantik və gənclik televiziya serialı. İlk bölümü 7 iyul 2022-ci ildə yayımlandı. Baş rolları Berk Hakman, Ege Kökenli, Rabia Soytürk, Caner Topçu və Sümeyye Aydoğan paylaşır. Serial 17 noyabr 2022-ci ildə yayımlanan 20-ci bölümü ilə sona çatdı.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Suda-quruda yaşayanlar
Suda-quruda yaşayanlar (lat. Amphibia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Bura tritonlar, salamandralar, qurbağalar və ayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700 (bəzi hesablamalara görə 4500) Bu sinfin nümayəndələri sürfə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır. Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
Suda yaşayanlar ölkəsində
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır. Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır.
"Oxu məni" qəzeti
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Axtar məni (kitab)
Düşün məni (mahnı)
Gözlə Məni (1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Məni yaradan alim
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Sev məni (albom)
Sev məni – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. Albomda Hakan Erol, Ələkbər Tağıyev, Razim Paşayev, Andrey Babayev, Aygün Səmədzadə, Vaqif Gərayzadə və s. bəstəkarların mahnıları yer alır.
Bacarırsansa Tut Məni
Bacarırsansa Tut Məni (ing. Catch Me If You Can) — 2002-ci ildə Frenk Ebiqneyl-ın həyat hekayəsi əsasında çəkilmiş komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan film, 19 yaşlı dahi Frenk Ebiqneyl-ın özünü Pan American World aviaşirkətində pilot kimi göstərərək çox milyon dollarlıq çek fırıldaqçılığı etdiyindən bəhs edir. Corciyada həkim və Luizianada prokuror. Ebiqneyl rolunu Leonardo DiKaprio canlandırsa da, filmin digər mühüm aktyorları Tom Henks, Kristofer Uolken, Emi Adams, Martin Şin və Nathalie Bayedir.
Yad et məni
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Məni cəhənnəmə sürüklə
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi Werner Himstedt: Die Blindwühlen.
Suda-quruda yaşayan quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.